Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Goranboyda banan ağacı bar verib - Video

Goranboyda banan ağacı bar verib - Video

Goranboyda banan ağacı bar verib - Video
2022-07-26 , 08:24

Goranboy rayonunun Dəliməmmədli şəhər sakini Məhəmməd İbrahimov həvəskarı olduğu banan meyvəsini 3 il öncə dostundan aldığı tingdən bitirib.

Yeniavaz.com xəbər verir ki, 3 metrdən artıq boyu olan banan ağacı bu il bar verib.
Şəhər sakini ağacın üzərində xeyli meyvələr olsa da, yalnız birinin yetişmək ərəfəsində olduğunu deyib. M. İbrahimov bananın vətəninin isti ölkələr olmasına baxmayaraq onun o qədər də yüksək temperatura dözümlü olmadığını bildirib.
Bitki normal qulluq edilərsə, ildə 2 dəfə bar verə bilir. Amma çox sulandıqda, isti hava şəaritində bu mümkünsüz olur.
Məhsuldarlığı ilə seçilən bitkiyə qulluq edərək ondan ilk bar alan M. İbrahimov onun bölgəyə uyğunlaşa bilən bitki olduğunu düşünür. O, Goranboyda ilk dəfə olaraq yetişdirilən bananı gələcəkdə açıq sahələrdə becərməyin mümkün olduğunu deyir. Həyətdə ilk meyvəsini verən ağaca isə maraq göstərənlər həddindən artıq çoxdur.
Dəliməmmədli şəhər sakini digər iqlimlərə xas meyvələri yetişdirməyə həvəsli olduğundan gələcəkdə digər ağac tinglərini də becərib yüksək məhsul əldə etmək arzusunda olduğunu qeyd edib

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.