Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » BİABIRÇILIQ: AzTV-nin yalanı ifşa olundu

BİABIRÇILIQ: AzTV-nin yalanı ifşa olundu

BİABIRÇILIQ: AzTV-nin yalanı ifşa olundu
2022-07-26 , 15:03

Azərbaycan Dövlət Televiziyasının AMEA-da 17:40 radələrində olması, 18:00-da isə işdən çıxan kimsəni görməməsi barədə tənqidi materiala AMEA-nın əməkdaşı, tanınmış alim Zaur Əliyev fotofaktlarla cavab verib.


Bakupost xəbər verir ki. Z.Əliyev müşahidə kameralarına əsasən işdən çıxdığı vaxtı əks etdirən görüntülərin saniyəsinə qədər paylaşıb:

“Şəkillərə baxın, AMEA haqqında verliş hazırlayan jurnalist iddia edir ki, guya 17:40-da AMEA-da olub və çəkilişi də bu zaman edib. Guya işçilər bu vaxt orda olmayıb. İndi əsl həqiqətləri sizlərə təqdim edirəm:



17:59-da mən çıxmışam AMEA-dan (fotoda 17:59-da Zaur Əliyevin Akademiya binasının önündə olduğu əks olunub – red.). TV işçiləri orda yox idi.

10 dəqiqə bağda gəzmişəm.



Saat 18:21-də AzTV əməkdaşları gəlib, AMEA qarşısında durublar (AzTV əməkdaşlarının Akademiya binasının önündə olduğunu əks etdirən foto – red.), hazırlıq görüb, 18:40-da çəkiliş aparıblar, amma efirdə 17:40-da AMEA-da çəkiliş apardıqlarını deyirlər. AzTV bu qədər yalanla hara gedir?

Baxın saatlara! 17:45-ə qədər AMEA qarşısında jurnalist görürsünüz? Bir kanal əməkdaşı olubmu orda? Sadəcə fotolarda dəqiq vaxtı özünüz görüb qiymət verin AzTV yalanına!”.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.