Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
2022-07-29 , 20:19

Bakıda qətl törətməkdə təqsirləndirilən Əmrulla Güləliyevə hökm oxunub və o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, Ə.Güləliyev qohumu, 24 yaşlı Əvəz Hafizlini yaşadığı evin həyətində bıçaqlayaraq qətlə yetirib.
Ə.Güləliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.