Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Gömrük Komitəsinin yeni sədr müavini kimdir? - DOSYE

Gömrük Komitəsinin yeni sədr müavini kimdir? - DOSYE

Gömrük Komitəsinin yeni sədr müavini kimdir? - DOSYE
2022-08-03 , 14:03

Xəbər verdiyimiz kimi, Bəhruz Quliyev Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub.

Qazet.az-ın məlumatına görə, Bəhruz Quliyev 30 sentyabr 1981-ci ildə Tovuz rayonunda anadan olub. 2003-cü ildə Milli Aviasiya Akademiyasının Avianəqliyyat İstehsalatı fakultəsinin əyani şöbəsinə daxil olub. 2008-ci ildə həmin Akademiyanı avianəqliyyat istehsalatının təşkili ixtisası üzrə bitirib.
2011-ci ildə Baki Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olub, 2015-ci ildə Hüquqşünas ixtisasını bitirib. Milli Aviasiya Akademiyasının Doktorantıdır.
2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib.
7 yanvar 2022-ci ildən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Rəisi vəzifəsinə təyin olunub.
2018-ci ildə  “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı, 2021-ci ildə  "Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə görə" medalları ilə təltif olunub.
Ailəlidir, 4 övladı var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.