Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Səfər Mehdiyevin qohumlarına cinayət işi açıldı

Səfər Mehdiyevin qohumlarına cinayət işi açıldı

Səfər Mehdiyevin qohumlarına cinayət işi açıldı
2022-08-04 , 20:18

Dövlət Gömrük Komitəsində "yarpaq tökümü" davam edir.

Yenilik.az publika.az-a istinadən xəbər verir ki, bu gün DGK sədrinin birinci müavini Şahin Bağırov "Azərterminalkompleks" Birliyinin direktor müavini Zeynal Tarquliyevi, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Rəfail Niftəliyevi və Bakı Baş Gömrük İdarəsinin nəzdindəki Əməliyyat və Təhqiqat İdarəsinin rəisi Elmir Həsənovu tutduğu vəzifədən azad edib.
Qeyd edək ki, Zeynal Tarquliyev komitənin keçmiş sədri Səfər Mehdiyevin qaynı, Rəfail Niftəliyev isə baldızı oğludur.
Elmir Həsənov isə hazırda həbsdə olan gömrük generalı Məsum Rəsulovun yaxın adamı kimi tanınır.

Hər üç şəxs barəsində cinayət işi üzrə araşdırma aparıldığı üçün onların işdən azad edildiyi bildirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.