Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
2022-08-05 , 14:01

Avqustun 6-na gözlənilən hava şəraiti açıqlanıb.

 
Milli Hidrometeorologiya Xidmətindən Yenilik.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.
 
Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-34° isti, Bakıda gecə 24-26° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.