Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ceyhun Əsgərov xəstəxanaya yerləşdirildi

Ceyhun Əsgərov xəstəxanaya yerləşdirildi

Ceyhun Əsgərov xəstəxanaya yerləşdirildi
2022-08-05 , 11:00

Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

Yenilik.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib. 
“Bir neçə saatdır ki, Ceyhun Kliniki Tibbi Mərkəzdədir və hal-hazırda da onun yanındayam.
KTM rəhbərliyinə də bu barədə məlumat vermişəm və onun vəziyyəti tam bizim nəzarətimizdədir. Onun sağalması üçün əlimizdən gələni edəcəyik!”, - deyə, Elnur Hidayətoğlu qeyd edib. 
Qeyd edək ki, Ceyhun Əsgərov bu gün sosial şəbəkədə bir neçə dəfə narahatlıq doğuran paylaşımlar edib və daha sonra yazdıqlarını silib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.