Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Pozan Dadaş, qazanan Zafer Reisoğlu, "Scientific Games" və milyonlar...

Pozan Dadaş, qazanan Zafer Reisoğlu, "Scientific Games" və milyonlar...

Pozan Dadaş, qazanan Zafer Reisoğlu, "Scientific Games" və milyonlar...
2022-08-06 , 17:47

Hər şey metro giriş-çıxışlarında, insanların çoxluq təşkil etdiyi küçə və prospektlərdə balaca və köhnə stol ilə astaca başladı. Sonra bu nimdaş stolları və yaşlı dayıları xüsusi dizaynla hazırlanmış səyyar satış arabaları və qismən cavanlar əvəzlədi. Daşına bilən təkərli araba və içindəki milyonlar...

 
Bu hələ başlanğıcdır... və ya idi.
 
Kiminsə məharətlə düşündüyü, bəlkə də hansısa ölkədə bahalı istirahətlər zamanı gördüyü milyon manatların cibə daşıya bilən "idea"sı.
 
Alındı
 
Milyonlar bəlkə də milyardlar su kimi axır. Dəyəri 10 qəpik olan bir parça kağız, bir də pozanı əvəz edən qəpik..
 
Daha sonra telekanallara, "Azərpoçt"a, bir az da irəli məktəb, uşaq bağçası darvazalarına, ən nəhayət gözləim Azərbaycana yayıldı.
 
Söhbət “Azərlotoreya” nın qumar oyunları hesab olunan "Poz Qazan" ani lotereyaları - "Qızıl", "Şans ulduzu", "Brilliant"dan gedir.
 
Qumar - bir az ağır səslənir? Yaxşı xoşunuz gəlmirsə adını dəyişək - insanların evini yıxan, külli miqdarda borca salan bir parça kağız. Necədi, xoşunuza gəldi?
 
İki gün öncə... "Koroğlu" metrosunun çıxışı və böyük izdiham
 
Ayaqqabısı nimdaş olsa da cəsarətinə söz olmayan yaşlı nənə 400-500 manat qazanan bəla kağızını satan ağsaqqalı az qala öldürür.
 
Nə baş verir?
 
Sən demə nənə öyrənib ki, oğlu hər gün işdən çıxanda bu təkərli ev yıxan masanın üstündəki kağızlardan - "Poz qazan" alır. Səhərdən axşama kimi 20 manata işləyən oğul evə gələrkən qazandıqlarını bu masada qoyur. Üstəlik, satıcı bunu artıq tanıyır deyə borcu da var.
 
Nənənin əsəbdən qurumuş dodaqları arasından yalnlz bu sözləri eşitmək olur - "Allah evinizi yıxsın, balanızı öldürsün!" ...
 
Qarğışlar insan bağırtısı, ah-naləsi idi. Nənənin satıcıya dediyi bu sözlər metro pramidasının şüşələrinə dəyərək yerə çırpılır. Bəlkə də biz tamaşa edənlərin başına düşür.
 
Vəssalam!
 
Ətrafdakılar dodaqlarının altında "ağlı var almasın!" təpkiləri də göstərir. Növbəti təkərli bəla stolunda isə başqa qurbanlar pozmağa davam edir.
 
Artıq kütlənin təbliğatın necə quluna çevrildiyini asanlıqla görmək olur. Onlar artıq "poz qazan" aludəçisidirlər, sabahın real borcluları, lotoreya almaq üçün öğurluq belə etməyə hazır olanlar.
 
Davam edin, cənablar!
"Poz Qazan" ani lotereyaları bizi, sizi, övladlarımızı və gəncliyimizi hara aparır sualına cavab tapana kimi davam edin! Bu suala cavab tapanda "poz qazan" aludəçilərinin sayı 10 milyona çatacaq. Axı biz hamımız bunu istəyirik.
 
“Azərlotereya” ASC...
 
Uzun illər “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Maqsud Tağıyev olub. Hazırda hökümət “Azərlotereya”nın idarəetmə sistemi türk abilərimizə verib.
 
Bizimxeber.az təklif edir ki, "Azərlotoreya"nın kimlərə həvalə olunduğuna diqqət edək!
 
Onları virtual olaraq tanıyaq
 
Zafer Reisoğlu - "Azərlotereya" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin yeni sədri
 
Özünün dediyinə görə, Zafer Reisoğlu bu ilin may ayına kimi Türkiyədə “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətində çalışıb.
 
Xatırlatma
 
O, Azərbaycan mətbuatına verdiyi müsahibədə deyir: "Energetika sahəsində, pərakəndə satış, marketinq, turizm kimi bənzər sektorlarda fəaliyyət göstərmişəm. Daha öncə “Total”, “ECE” kimi beynəlxalq şirkətlərdə və Türkiyənin aparıcı qruplarından biri olan “Demirören Holding”də satış, marketinq sahələrində və xüsusi layihələrin idarə edilməsi üzrə rəhbər olaraq çalışmışam. Əmək fəaliyyətimdə qısa müddətlik də olsa, jurnalistika sahəsinə də yer vermişəm. «Yeni Alanya» qəzetində köşə yazarı kimi çıxış etmişəm. 2019-cu ildən şans oyunları sektorunda çalışmağa başlamışam".
 
Amma... Google axtarış sistemində Zafer Reisoğlu imzasını axtararkən rast gəldiklərimiz yaınız bunlardır. "Zafer Reisoğlu "Azərlotereya" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinə yeni sədri oldu" və başqa heç nə yoxdur...
 
Əcəba o yekəlikdə şirkətlərdə çalışan abimizin fəaliyyətini Google niyə görə bilmir? Düşmənçiliyimi var?

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.