Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Elman Nəsirov fotosundan danışdı: “Həftədə 3 dəfə trenajorda oluram...”

Elman Nəsirov fotosundan danışdı: “Həftədə 3 dəfə trenajorda oluram...”

Elman Nəsirov fotosundan danışdı: “Həftədə 3 dəfə trenajorda oluram...”
2022-08-10 , 06:47

Milli Məclisin deputatı Elman Nəsirovun sosial şəbəkə hesabında paylaşdığı fotosu müzakirələrə səbəb olub. Fotodakının Elman Nəsirov olmadığı, “Photoshop”dan istifadə etdiyi ehtimal edilib.

Yenilik.az xəbər verir ki, Elman Nəsirov Pravda.az-a açıqlamasında bunun “Photoshop” olmadığını deyib: “Mütəmadi idmanla məşğulam. Həftədə 3 dəfə trenajorda, 3 dəfə də üzgüçülükdə oluram. Üzməyə səhər tezdən 08:00-da, trenajora isə axşam 19:00-da gedirəm. Sağlam həyat tərzi keçirirəm. Sözügedən fotonu idmanı təbliğ etmək məqsədilə V İslam Həmrəyliyi Oyunları ərəfəsində paylaşdım”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.