Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Bəlkə başınızı puldan ayırıb cavab verəsiniz?" - Deputat OD PÜSKÜRDÜ

"Bəlkə başınızı puldan ayırıb cavab verəsiniz?" - Deputat OD PÜSKÜRDÜ

2022-08-10 , 14:57

Millət vəkili Fazil Mustafa Avstriya  Azərbaycan Evinin rəhbəri Fərid Əzizovun təhqirini  cavabsız qoymayıb.

Yenilik.az bildirir ki, deputat bu barədə Facebook hesabında paylaşım edib:
"Azərbaycan evi. Müqəddəs bir səsləniş deyilmi? Ancaq bu ev zibillənib, bu ev başqa ölkənin casusları ilə dolub. Mən bilmirəm kim yaradıb, ancaq Avstriya kimi Avropa dövlətindəki Azərbaycan Evinin rəhbəri Fərid Əzizov tipik bir QUMcuqdur, başqa ölkənin maraqlarının müdafiəçisidir. Tam əminəm ki, bu adam oradakı azərbaycanlılar barədə məlumatları başqa mərkəzlərə ötürməklə, dövlət tapşırıqlarını düşmən mətbəxinə göndərməklə məşğuldur. 
Bunlar deyir ki, Şuşanın hüseynçilər azad etdi, mənsə deyirəm ki, həyasızcasına yalan söyləyirsiniz, Şuşanı  qardaş Türkiyəmizin mənəvi dəstəyi ilə  şərəfli Azərbaycan əsgəri  və  Ali Baş komandanımız azad edib. Ey bu ünsürləri daxildə və xaricdə himayə edənlər, bəlkə siz də onlar kimi düşünürsünüz? Bu satqınların məni təhqirlərinə özüm layili cavabı verəcəyəm, dövlətimizi, millətimizi təhqirlərinə bəlkə puldan, paradan başınızı ayırıb siz də cavab verəsiniz?",-paylaşımda qeyd olunub. 
Qeyd edək ki bir neçə gün öncə Fərid Əzizov adıçəkilən deputatın "Şuşanı Hüseynçlər azad etməyib" fikrinə sərt yanaşaraq, onu sosial şəbəkə paylaşımında təhqir edib. 
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.