Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İqbal Ağazadə:“Dindarlarımız ya İrandan qorxurlar, ya da...”

İqbal Ağazadə:“Dindarlarımız ya İrandan qorxurlar, ya da...”

İqbal Ağazadə:“Dindarlarımız ya İrandan qorxurlar, ya da...”
2022-08-10 , 15:17

Ümid Partiyasının sədri İqbal Ağazadə Gundem.az-ın suallarını cavablandırıb. 

Müsahibəni təqdim edirik. 
- İqbal bəy, Qarabağdakı ermənilərə Laçın şəhərini və Zabuxu boşaltmaqla bağlı vaxt verilib. Hər iki yaşayış məntəqəsinin Azərbaycanın nəzarəti altına keçməsinin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Hər iki yaşayış məntəqəsi Azərbaycanın ərazisidir. Oranın dövlətimizin nəzarəti altına keçməsi 10 noyabr üçtərəfli razılaşmada öz əksini tapıb. Bu, Azərbaycanın Qarabağ strategiyasının bir hissəsidir. Hələlik konflikt bitməyib. Ermənistanla sülh müqaviləsi bağlanmayıb. Ona görə də bu proses yavaş-yavaş getməlidir. Azərbaycanın nəzarətinə qaytarılacaq bu yaşayış məntəqələri  kifayət qədər geniş ərazilərdir. Biz də müxalifət partiyası olaraq bu məsələdə Azərbaycan dövlətinin tərəfindəyik. Biz Ümid Partiyası olaraq Azərbaycan Milli Ordusunun “Qisas” əməliyyatını dəstəkləmişik və ordumuzun yanında olduğumuzu bəyan etmişik. Hesab edirəm ki, gələcəkdə də ehtiyac yaranarsa, bu əməliyyatlar davam etdirilməlidir. Azərbaycanın ərazisindəki bütün yaşayış məntəqələrində üçrəngli bayrağımız dalğalanmalıdır. 
- Orada yaşayan bəzi ermənilər ərazini tərk etməyəcəklərini, lazım gələrsə müqavimət göstərəcəklərini bildirirlər. Onların Azərbaycan ordusuna müqavimət imkanları varmı? 

- Bu, məsələnin texniki tərəfidir. Düşünürəm ki, Azərbaycan ermənilərin Laçın və Zabux yaşayış məntəqələrinin dinc, qanun çərçivəsində boşaldılmasını orada müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları ilə müzakirə etməlidir. Ərazilərin boşaldılmasının məsuliyyətini həm də rus sülhməramlıları daşıyır. Əgər onlar bunu həyata keçirə bilməsələr, prosesi Azərbaycan öz gücünə məsələni həll etməlidir. İmkan vermək lazım deyil ki, Kəlbəcərdə, Zəngilanda olduğumu kimi, ermənilər çıxarkən evləri, ağacları yandırsın, oranı xaraba günə qoysun. Ermənilərin Qarabağda yanğınlar törətməsi, oranı darmadağın edib boşaltmaları xislətlərindən xəbər verir. Bu bir daha göstərir ki, bizim qarşımızdakı çox aciz, barbar bir düşməndir. Əgər ermənilər Laçın və Zabuxda yanğın törətsələr, ordumuz stiuasiyaya uyğun addım atmalıdır. Bu gün nəinki Qarabağdakı separatçıların, hətta Ermənistan ordusunun Azərbaycan ordusu qarşısında duruş gətirmək imkanları yoxdur. Biz 44 günlük müharibədə Ermənistan ordusunun belini qırmışıq, məhv etmişik. Onların yenidən toparlanması üçün böyük maliyyə tələb olunur ki, bu da Ermənistanda yoxdur. 
- Rusiyanın Ermənistandakı Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidməti İranla sərhəddə yerləşən Mehri-Aqarak magistral yolu boyunca nəzarətin gücləndirib. Rəsmi dairələr bunu İrandan Ermənistana narkotik daşınmasının qarşısının alınması məqsədi daşıdığını bildirsələr də, bəzi ekspertlər Rusiyanın Zəngəzur dəhlizi üçün hazırlıq işləri apardığını hesab edirlər. Siz necə düşünürsünüz?
-  10 noyabr bəyanatında Zəngəzur dəhlizinin açılmasına dair bənd var. Ermənistan və Rusiya buna razılıq verib. Tərəflər üzərlərinə öhdəliklər götürüb. Azərbaycan israrla bu öhdəliklərin yerinə yetirilməsini tələb etməlidir. Ermənistan tərəfi ictimai rəyin hakimiyyətin üzərinə yönəlməməsi üçün bəyan edib ki, Rusiya hərbçiləri guya İrandan narkotik daşınmasının qarşısını almaq üçün ora hərbçilərini toplayıb. Bütün hallarda Azərbaycan tərəfi bu məsələdə ardıcıl və israrlı olmalıdır. 
- İran tərəfi növbəti dəfə Zəngəzur dəhlzinin açılmasının qarşı çıxıb. İranın narahatlığı nə ilə bağlıdır? 
- İranın narahatlığı Güney Azərbaycanla bağlıdır. İranda soydaşlarımızın milli mücadiləsi yeni mərhələyə qədəm qoyub. Ona görə də İran çalışır ki, Azərbaycan dövləti ilə Cənubdakı soydaşları arasında əlaqə olmasın, münasibət qurulmasın. İran Ermənistana ona görə dəstək verir ki, Azərbaycan güclənməsin, bölgədəki türkləri müdafiə etməsin və s. 
- İki gün öncə Azərbaycanda Aşura mərasimi keçirildi. Bir çoxları qeyd edirlər ki, Aşura mərasimlərinin keçirilməsində İranın çox böyük rolu var. Siz necə düşünürsünüz?
-    Əlbəttə, İranın Azərbaycana təsir imkanları böyükdür. Təriqət, məzhəb baxımından İran Azərbaycanın içərilərinə soxula bilib. Təəssüflər olsun ki, xurafata meyillənən, maarifsiz cəmiyyətdə məzhəb, əhli-beyt məsələsində İran nümunə göstərilir. Halbu ki, İranın əhli-beytlə heç bir əlaqəsi yoxdur. İran bu məsələlərdə Azərbaycan üçün örnək ola bilməz. Azərbaycanın dini saatları Quma görə müəyyən edilməməlidir. Azərbaycanın dini mərkəzləri, dindarları bu istiqamətdə yavaş-yavaş fəallığını artırmalıdır. Çox təəssüflər olsun ki, dini sahədə fəaliyyət göstərənlərin xeyli hissəsi ya İrandan qorxub susurlar, ya da İranmeylli çıxış edirlər.  

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.