Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Onun “qəzəli” ordumuzu parçalamağa yönəlib”

“Onun “qəzəli” ordumuzu parçalamağa yönəlib”

“Onun “qəzəli” ordumuzu parçalamağa yönəlib”
2022-08-11 , 17:47

Meyxanaçı Elşən Xəzərin ordumuzla bağlı səsləndirdiyi qəzəl müzakirə olunmağa davam edir. 

OLAY yazır ki, bu məsələyə aparıcı İlqar Mikayıloğlu da münasibət bildirib. O, feysbuk hesabında mövzu ilə bağlı status paylaşıb:
“Elşən Xəzərin bu “qəzəli” ordumuzu parçalamağa yönəlib. Müharibədə ordu idi döyüşən. Vahid birlik olan ordu. Orduda müsəlman da var idi, xristian da, yəhudi də, ateist də, deist də. Hamı bir amal uğrunda döyüşürdü- Vətən azad olmalıdı. Xüsusi Xidmət və Təhlükəsizlik orqanları, belə şəxsləri başa salmaq vaxtı çatıb”.
Qeyd edək ki, E. Xəzər həmin qəzəldə “Sinə vuranlar idi səngərdə duranlar. Azad elədi torpağı qüdrətli hüseynçi”, - deyə, bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.