1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

İstifadəçi rahatlığını təmin edən “Nar+” tətbiqinin yüklənmə sayı 1 milyonu ötüb. Hər gün on minlərlə abunəçinin sorğularına qısa zamanda cavab tapdığı, hesab üzərində lazım olan əməliyyatları saniyələr içində həll etdiyi tətbiq artıq 3 ildir ki, müştəri təcrübəsinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Müştəriyönümlü yanaşması ilə seçilən mobil operator “Nar+” tətbiqinin 1 milyon yüklənməsi münasibətlə yay kampaniyasının simalarından olan Cəfər Nəcəfovun instaqram səhifəsində sosial media istifadəçiləri üçün müsabiqə elan edir. Belə ki, müsabiqə paylaşımının şərh bölməsində tətbiqdə ən çox köməyinizə çatan funksiyanı qeyd etməklə dəyərli hədiyyələrdən birini qazana bilərsiniz.
OXŞAR XƏBƏRLƏR