Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Kəmaləddin Heydərovun bankı şirkəti məhkəməyə verdi

Kəmaləddin Heydərovun bankı şirkəti məhkəməyə verdi

Kəmaləddin Heydərovun bankı şirkəti məhkəməyə verdi
2022-08-30 , 16:10

“AFB Bank” ASC "Aqro Kompleks Qəbələ" MMC ilə bağlı məhkəməyə müraciət edib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə bank Bakı Kommersiya Məhkəməsinə üz tutub.
 
Belə ki, kredit müqaviləsi üzrə mübahisələri barədə tələb irəli sürüb.
 
İddia hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq.
 
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
 
Mediada yayılan məlumatlara görə, “AFB Bank” ASC 2019-cu ilin ilk aylarına qədər bankın əsas səhmdarı “Gilan Holdinq” olub. 7 fevral 2019-cu il tarixdə bankın 55 447 səhminin 70 140 455 AZN-ə Hikmət İsmayılov adlı şəxs tərəfindən alınması ilə bağlı saziş imzalanıb.
 
Beləliklə, hazırda bankın səhmlərinin 99.64 faizi Hikmət İsmayılovdadır. Bankın daha iki səhmdarı var: Cəmil Muradov və Əkbər Abdullayev. Onların hər biri səhmlərin 0.18 faizinə sahibdir.
 
Hikmət İsmayılov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. “Gilan Holdinq”in də Fövqəladə Hallar nazirinə məxsus olduğu sirr deyil. Hikmət İsmayılov “AFB Bank”ın səhmlərini alanda bu, bankın Kəmaləddin Heydərovun nəzarətindən çıxarılması kimi qələmə verilmişdi. Əslində isə nazir bankı sadəcə “Gilan Holdinq”in tərkibindən çıxarıb.
 
Xatırlatma: Aqrar-sənaye kompleksi olan "Aqro Kompleks Qəbələ" MMC 2013-cü ildən fəaliyyət göstərir.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.