Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Zirəddin də Mir Mövsüm Ağa qalmaqalına qoşuldu: “Ay bədbəxt, gözün kordur?”

Zirəddin də Mir Mövsüm Ağa qalmaqalına qoşuldu: “Ay bədbəxt, gözün kordur?”

Zirəddin də Mir Mövsüm Ağa qalmaqalına qoşuldu: “Ay bədbəxt, gözün kordur?”
2022-09-01 , 16:13

21-ci əsr olsa da insanlarımız hələ də “cadu-pitik”dən əziyyət çəkir. Bəziləri yazılmış, cızılmış, oxunub üfürülmüş müxtəlif cismlər vasitəsilə qara magiya ilə məşğul olanlara cadu etdirirlər.

Bəziləri iddia edir ki, ibadət, oruc tutmaq və müxtəlif dualarla şər əməllərdən qoruna biləcəklərini iddia edirlər.
Bəs görəsən, cadu ilə qarşılaşan adam nə etməlidir? Cadudan necə təmizlənməlidir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış ekstrassens Zirəddin Rzayev edilməli olanları sadalayıb:
“Birinci növbədə həmin cadunun üstünə benzin töküb “bismillah” deyib, “yandırmaq lazımdır. Daha sonra nəzir verib pirlərə getmək lazımdır. Azərbaycan isə pirlər diyarıdır. Allah ölkəmizə Mir Mövsüm Ağa kimi övliya verib. Ulu Öndərimiz Heydər Əliyev də vaxtilə ora gedib”.
O, ilahiyyatçı Elşad Mirinin “Mir Mövsüm Ağa möhtəşəm seyid idisə, niyə özünü sağalda bilmirdi?!” fikirlərinə etiraz edib. Z.Rzayev bildirib:
“İndi bəzən ağzının sözünü bilməyənlər, vəhabilər çıxıb deyirlər ki, “Mirmövsüm Ağa özü xəstə idi, əgər özünə şəfa verə bilmirdisə, camaata necə şəfa verir?” Ay bədbəxt, Nəsimini oxu da, gözün kordur? Aç oxu gör Nəsimi dara çəkilib, dərisi soyulanda nə deyib. Molla həmin anda gəlib Nəsimiyə deyir ki, “Bəs nə oldu, iki cahana sığmazdın, indi rəngin sapsarı saralıb”. Nəsimi cavab verir ki, “Bədbəxt, sənin gözlərində tor var, günəş qürub edəndə rəngi saralar”. Söhbət elə ondan gedir ki, Mir Mövsüm ağa Allahdan özünə şəfa istəmir, amma sənə verir. Onda belə çıxır ki, peyğəmbər də ölməzdi. Bu sözləri demək şirkdir, günahdır. Bu Allaha qarşı üsyandır. Hər zaman demişəm Heydər Əliyevi və bu gün ağanı bəyənməyən saqqallıları bir tərəziyə qoyanda Ulu Öndəri seçirəm. Çünki o cür adam gedib həmin övliyanı, Allah dostunun məzarını ziyarət edirsə, hər şey aydındır. Baxın, türklər Hz. Mövlanə ilə qürur duyurlar. Dəfələrlə efirlərdə deyiblər ki, Amerika onu bizdən almaq istəyir, qəbirdən çıxarmaq istəyirlər, amma o Türkiyənin qoruyucusudur. Bakının qoruyucusu, İçəri şəhərin fenomeni də “Ət Ağa”dır. O bizim dədə-babalarımızdan qalıb, niyə inanmayaq?! Niyə bu inkar edək, lağa qoyaq, ələ salaq?! Bir az ağıllı olun.
Şükür, Allah Bakımızın hər tərəfini pirlərlə möhkəmləndirib, tilsimləyib. O torpaq bərəkətli torpaqdır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.