Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Firəngiz Rəhimbəyova ABŞ-da dəfn olundu

Firəngiz Rəhimbəyova ABŞ-da dəfn olundu

Firəngiz Rəhimbəyova ABŞ-da dəfn olundu
2022-09-07 , 11:14

Azərbaycanlı estrada müğənnisi, aktrisa Firəngiz Rəhimbəyova ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində dəfn olunub.

 
Yenilik.az xəbər verir ki, əvvəlcə sənətçi ilə vida mərasimi keçirilib, ardından torpağa tapşırılıb.
 
Mərasimdə Firəngiz Rəhimbəyovanın ailə üzvləri və sevənləri ilə yanaşı, Azərbaycanın Los-Ancelesdəki konsulluğunun nümayəndələri də iştirak edib.
 
Qeyd edək ki, Firəngiz Rəhimbəyova avqustun 16-da vəfat edib. Bir sıra filmlərdə də rol alan sənətçi daha çox "Bəxt üzüyü" filmindəki Sevda obrazı ilə yadda qalıb.
 
O, 1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb.
 
APA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.