Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Mən risk edib yaxınlaşa bilmirəm, bunlar video çəkdirir” - Şəhid xanımı

“Mən risk edib yaxınlaşa bilmirəm, bunlar video çəkdirir” - Şəhid xanımı

“Mən risk edib yaxınlaşa bilmirəm, bunlar video çəkdirir” - Şəhid xanımı
2022-09-17 , 16:52

“Belə videolar dövlət qurumlarına qarşı "qara piar"dır. Müharibə şəraitində bu cür videolar əleyhimizə işləyir”. 

Bu sözləri Yenisabah.az-a şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı, “Zəfər" şəhid ailələrinə dəstək İctimai Birliyi”nin sədri Sevinc Orucova Sənan Əhmədovun şəhid qardaşı Səbuhi Əhmədovla bağlı videosuna münasibət bildirərkən deyib. Onun sözlərinə görə, belə videoların çəkilməsi şəhidin xatirəsinə sayğısızlıqdır:
“Bu məsələni bilən kimi öz feysbuk səhifəmdə bunun əleyhinə qəti rəy bildirmişəm. Şəhid ailəsindən istifadə etmək heç kəsin haqqı deyil. Onların nüfuzuna xələl gətirməyə, hər hansı mənfi mənada təsir göstərməyə, nələrsə diktə etməyə heç kimin ixtiyarı yoxdur. Oğlanın ağrısı-acısı təzədir. Ona qalan yaxını yoxdur. Başa düşürsüz, bu nə deməkdir?! Ondan istifadə etmək düzgün deyil. Mən hələ beynimdə bu hərəkəti formalaşdıra bilməmişəm. Mən də həyat yoldaşımı itirmişəm. Bizim ailə erməni məkrindən, erməni faciəsindən ən çox əziyyət çəkən ailələrdən biridir. Amma mən şəhid ailələrinə kənardan durub baxmışam. Risk edib yaxınlaşa bilməmişəm. Hisslərimi, düşüncələrimi necə ifadə edəcəyimi bilməmişəm. Başa düşürsüz də nə demək istəyirəm. Onun acısını necə ifadə edəcəyimi də bilmirəm. Amma bunlar şəhidin qardaşının videosunu çəkirlər. Onun nəyi səhv anlayıb, nəyisə düz anlayıb danışmasına da heç kəs qərar verə bilməz. Bu, istintaqın işidir. Yəqin ki, videonu kim çəkdiyi bu qədər sosial qınaqdan sonra araşdırılacaq. Ən azından, mən belə düşünürəm. Çünki başqa yolu yoxdur. Xalq cavab gözləyir. Bir gecədə araşdırma ola bilməzdi. Bu qədər ictimai münasibətdən sonra daha dərin və kəskin analizlər olacaq. Araşdırmaların nəticələrini hamımız gözləyirik. “İki daşın arasında”   açıqlama almağa və yaymağa heç kəsə haqq verilmir. Bu, artıq, bizim “bəsdirin!” haqyqırtımızdır. Belə yanaşma tərzi olmaz. Biz hələ şəhidlər qəbul edirik. Mən şəhid ailəsiyəm. Mən özüm risk edib şəhid yaxınlarına yanaşa bilmirəm. Bir gün ərzində araşdırıb onun videosunu yaymaq olmazdı. O araşdırma belə sürətlə baş verməli deyildi. Belə sürətlə araşdırılma olmur”. 
Sevinc Orucova deyib ki, belə videolar dövlət qurumlarının imicinə ləkədir:
“Belə videolar dövlət qurumlarına qarşı qara piardır. Müharibə şəraitində bu cür videolar əleyhimizə işləyir. Ağlımız almır ki, düşüncəli insanlar bunu edə bilər. Kim olur-olsun, fərq etmir, indiyə qədər olan üzrxahlıq videosu çəkilənlər də bu ölkənin vətəndaşlarıdır. Hər kəsin qanunla qorunan hüquqları, şəxsiyyəti var. Əgər bir insan üzr istəmək istəmirsə, onu buna  məcbur etmək olmaz. Çox hallarda ictimai qınaq üçün bunu etdiklərini deyirlər. Bunlar ictimai qınaq deyil axı...”.
İmamət İSMAYILOVA 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.