Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mənsimov boğuldu

Mənsimov boğuldu

Mənsimov boğuldu
2020-03-20 , 21:51

Nağıl metamorfozları və folklorla toxunmuş mifik obrazlara məsum inam Azərbaycan siyasi şüuruna xas olan xüsusiyyətdir. Spontan və elementar reaksiya ilə alovlandırılmış bu bədnam iltihablı şüur adi bir insan Herkulesi Olympə qaldıra və eyni ehtirasla möcüzəvi heykəli xırda qəlpələrə parçalaya bilər. Bax, belə bir siyasi şüurun daşıyıcıları tam sosial yaddaşa sahib deyillər, ictimai rəy xaini hər hansı bir qanunsuzluğa görə bağışladığı kimi, büdrəyən qəhrəmana damğa vurmağa da hazırdır ...

Virtual etiraz kütləsi yeni qəhrəmanı kimi “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun yeni “şəhidlik” obrazını seçdi. Digər bir metamorfoz – olduqca diqqətəlayiqdir ki, qardaş Türkiyənin ələalınmaz ədliyyə sistemini tərifləyən "Azərbaycan repressiya aparatı"nın əsas tənqidçiləri indi onu müflis olmuş milyarderin sifarişli həbsində ittiham edirlər.
Elə keçmiş sovet okeanının təsadüfi dalğaları üstündən Avrasiya cəmiyyətinin iş elitasına uçan kiçik sovet gəmisinin keçmiş qayıqçısı Mənsimovun özünün həyatı da metamorfozla doludur. M.Mənsimov Azərbaycan hakimiyyəti ilə dost idi, Azərbaycan Dövlət Neft Şirkəti ilə yüz milyonlarla dollarlıq qazanc gətirən əlverişli müqavilələr bağışlamışdı, xeyriyyəçiliklə məşğul olurdu, filantrop kimi tanınırdı, bir neçə azərbaycanlı tələbənin borcunu ödəmişdi, futbola yatırım qoyurdu, “Xəzər Lənkəran”ı fırladırdı... Bütün dividentlər mesenat-vətənpərvərin səbətinə gedirdi. Hərçənd xoş söz xətrinə yox, həqiqət naminə bir məqamı yenə etiraf edəcəyik-Mənsimovun şirkətində piar-idarəetmə işi kifayət qədər peşəkar səviyyədə qurulmuşdu, reklam, ticarətin mühərriki kimi, yaxşılıqlardan öndə gedirdi.
Üstəlik, əyalət əyan adamının qabiliyyətinə sahib olan Mübariz Mənsimov xoşa gəlməyi xoçlayır və bacarırdı. Həmişə Azərbaycan elitasının ən güclü nümayəndələrinin qəlbinə doğru yolu tapırdı. Onun şöhrətpərəst dostu və kombinasiyalarda himayəçi, qüdrətli MTN başçısı Eldar Mahmudova hədiyyəsi nə olmuşdu… Atasının- planlı Sovet iqtisadiyyatının unudulmuş akademiki Əhməd Mahmudovun adını əbədiləşdirmək. Belə hədiyyəyə necə tamah salmamaq və bundan sonra öz qızının və Mübariz Mansimovun qardaş oğlunun toyuna necə razılıq verməmək olardı? Lakin Mais Mənsimovun oğlunun və qüdrətli Eldar Mahmudovun qızının toyu elə də gerçəkləşmədi.

Azərbaycan hökumətindəki ən mürtəce məmur, repressiyaların təcəssümü təcavüzkar generallar dəstəsi ilə birlikdə devrildi. Onların çekist şinellərində törətdikləri cinayətlər və taleləri haqda bütün ölkə bilir. Bütöv dövlətin bir xüsusi xidmət orqanının sensasion şəkildə buraxılmasını şərtləndirən canavar generalların vəhşicəsinə törədikləri cinayətlərini - dünya tarixində adi olmayan bir hadisəni – xatırlatmaq, Mahmudovun dəhşətli cinayətkar təşkilatının zirzəmilərində işgəncələrə məruz qalmış minlərlə insanın yaralarını açmaqdır. Yeri gəlmişkən, qeyd edək ki, Mahmudovşinalığa son qoyulandan dərhal sonra Mübariz Mənsimov sülalə nikahının perspektivini dəfn edərək, tərəfdaşı və qohumundan imtina etməyə tələsdi. Mahmudovşinanın qanı ilə nüfuzunu ləkələyən konyunkturaçı, tələsik unudulmuş planlı iqtisadiyyat akademiki Əhməd Mahmudovun adını daşıyan tankerin adını başqa adla əvəz etdi. Mahmudovu, necə deyərlər, divara yaxandan sonra akademiki, eləcə də adını daşıyan tankeri unutmaq olardı. Ancaq...
Rənglənmiş Mübariz Mənsimov yenidən hazırlanmış və adı dəyişdirilmiş tanker ilə təzədən üzə çıxdı. Yenidən rənglənmiş tanker haqqında bir az sonra. Lakin yenidən rənglənmiş milyarderin vicdanı qəflətən oyandı və Mənsimov yeni bir linqvistik tərzdə Azərbaycan hakimiyyətini tənqid etməyə tələsdi. Niyə yeni linqvistik tərzdə? Ona görə ki, bosman – keçmiş sovet kursantı olduqca pis savad alıb və bir cümlədə üç dildə olan sözlərdən istifadə edib: rus, Azərbaycan və türk. Amma Mənsimov başa düşürdülər, düzdü, bir az çətin, ancaq bütün dünya üzrə virtual aləmdə yayımlanırdı.
Mənsimov Boğaziçi selində Xodorkovski obrazına girdi. Məmurlarla münasibətləri pozdu, Azərbaycanı avtokratik davranışları ilə pis bir ölkə adlandırdı, Azərbaycanda xeyriyyəçiliyi və futbola dəstəyi dayandırdı, eyni zamanda yolüstü, Vahid Ələkbərovun rəhbərlik etdiyi Rusiya “Lukoyl”u ilə mübahisəyə girdi. Mənsimov hər postunun reklam haqqını artıqlaması ilə ödəməklə həvəslə sosial şəbəkələrə qoşuldu. Şəbəkə siyasi kütləsi “milyarder-kolobok”u daha çox sevir. Mübariz, saxta vətənpərvərlik üzərində parazitlik edərək, azarkeşlər ordusu toplamağa başladı. Axı vətənpərvərlik mübarizlərin son sığınacağıdır.
Və əgər başıbəlalı 2016-cı ilə qədər Mənsimov öz gəmilərini ümummilli lider Heydər Əliyevin və dostunun-Milli Təhlükəsizlik Nazirliyi rəhbərinin atasının şərəfinə adlandırırdısa, 2019-cu ildə o, köhnə tankerlərinin adlarını dəyişdi. “Heydər Əliyev” “Elçibəy”, “Eldar Mahmudovun atası” “Məmməd Əmin Rəsulzadə” oldu. Bir müddət sonra Mənsimov dərin hörmətlə Fətullah Gülənin müqavimət hərəkatına yanaşdı. Çünki yeni liberal görüşlər Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahı yaxınlığında məskunlaşan Gülənin xeyrinə Ərdoğan partiyası ilə döyüşməyə məcbur edirdi.
Xüsusilə əlamətdar hadisə Məmməd Əmin Rəsulzadə adına tankerlə baş verdi. Mübariz Mənsimov qürurla yeni tankerə Birinci Respublika qurucusunun adını verdiyini bildirdi. Lakin bu da yalan çıxdı. Türkiyənin “Denizhaber” media portalının jurnalist araşdırması nəticəsində məlum oldu ki, yeni “Palmali” gəmisi kimi təqdim olunan tanker əslində 21 il əvvəl Rusiyanın Volqoqrad limanında inşa edilib. Üstəlik, o tanker əvvəllər unudulmuş akademik Əhməd Mahmudovun adını daşıyıb. Mahmudovun xüsusi xidmət orqanlarındakı mütəşəkkil cinayətkar dəstəsi ifşa edildikdən sonra Mənsimov gəmini tələsik 6 min 600 ton ağırlığı olan ADRIATİK MARINER-ə çevirdi.
Artıq Məmməd Əmin Rəsulzadənin şərəfinə adlandırılan gəmi ilk səyahətə çıxdıqdan sonra Mərmərə dənizinin sularında batdı. Əfsus, amma müdrik tarix yalanı bağışlamır və yalançını istehzalı formada ələ salır. “Məmməd Əmin Rəsulzadə” batdı-“boğuldu”. Bir il sonra, demək olar ki, eyni vaxtda Mənsimovun özü boğuldu../Virtualaz.org

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.