Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Kəmaləddin Heydərov Əli Həsənovun polkovnik qardaşı oğlunu işdən çıxarıb

Kəmaləddin Heydərov Əli Həsənovun polkovnik qardaşı oğlunu işdən çıxarıb

Kəmaləddin Heydərov Əli Həsənovun polkovnik qardaşı oğlunu işdən çıxarıb
2022-09-20 , 17:32

Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun daha bir qardaşı oğlu vəzifəsindən azad edilib. 


Qaynarinfo-nun əldə etdiyi məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində yüksək vəzifədə çalışmış, polkovnik-leytenant Tural Həsənov bir müddət əvvəl öz istəyi ilə vəzifəsindən azad olunub.  


Bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müavafiq əmr imzalayıb. 

Qeyd edək ki, Tural Həsənovun qardaşı, polkovnik Anar Həsənov Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində əməliyyat idarəsinin rəis müavini vəzifəsindən azad edilib. Tural və Anar Həsənovun atası İsa Həsənov uzun illər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. Əli Həsənov vəzifəsindən azad olunandan bir müddət sonra o da müvafiq əmrlə işdən çıxarılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.