Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Eduard Məmmədova yüksək VƏZİFƏ VERİLDİ

Eduard Məmmədova yüksək VƏZİFƏ VERİLDİ

Eduard Məmmədova yüksək VƏZİFƏ VERİLDİ
2022-09-21 , 19:15

Kikboksinq üzrə dünya və Avropa çempionu Eduard Məmmədova yeni vəzifə verilib.

 
Sfera.az bildirir ki, o, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
 
Bu barədə Məmmədov özü məlumat yayıb. 
 
“Bu etimadı mənə göstərdiklərinə görə Daxili İşlər Naziri general-polkovnik  Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki Zemfira Meftaxetdinovaya öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Mən polis polkovnik-leytenantı Eduard Məmmədov hər zaman olduğu kimi bundan sonra da millətimə, dövlətimə şərəf və vicdanla xidmət edəcəyəm. Fəxr edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edirəm!”, deyə E.Məmmədov əlavə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.