Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Hicran Hüseynova tənqidlərə cavab verdi

Hicran Hüseynova tənqidlərə cavab verdi

Hicran Hüseynova tənqidlərə cavab verdi
2022-09-22 , 12:29

Milli Məclisin komitə sədri Hicran Hüseynova sosial yardımın insanları xarab etməsi və  işləmək istəməmələri barədə səsləndirdiyi fikirlərə görə tənqid olunmasına münasibət bildirib.

 
H.Hüseynova Pravda.az-a açıqlamasında deyib ki, sözləri düzgün şərh olunmayıb.
 
“Açıqlamamda hamısını çox açıq bildirmişəm. Sözlərimi düzgün şərh etməyib, yazıblar. Çox istərdim ki, hansı formada demişəmsə, açıqlamanı elə o formada versinlər”, - deputat qeyd edib.
 
H.Hüseynova Fransada villasının olması barədə səslənən fikirlərə isə münasibət bildirməyib.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.