Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Bu, Allahın dini deyil, insanların uydurub adını İslam qoyduqları yanaşmadır”

“Bu, Allahın dini deyil, insanların uydurub adını İslam qoyduqları yanaşmadır”

“Bu, Allahın dini deyil, insanların uydurub adını İslam qoyduqları yanaşmadır”
2022-09-22 , 15:29

İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü etirazlara səbəb olub, qadınlar sərt geyim qaydalarına və onu tətbiq edənlərə qarşı müqavimət əlaməti kimi hicablarını yandırırlar.

Qadınlar Qəşti İrşad (İrşad patrulları) İslam əxlaqına və "düzgün" geyim qaydalarına nəzarət edən xüsusi polislərə etiraz edirlər.
Ölkənin şəriət təfsirinə əsaslanan qanunlarına görə, qadınlar öz bədənlərini göstərməmək üçün uzun, geniş paltar geyinməli və saçlarını örtməlidirlər.
Bəs, görəsən, bu qadınların etirazları nəticə verməsə, onlar “şəriət qanunları”na uyğun cəzalandırıla bilərlərmi?
Mövzu ilə Yenisabah.az-a danışan ilahiyyatçı Elşad Miri İslam dinində şəriət qanunları deyə anlayışın olmadığını bildirib.
Onun sözlərinə görə, İslamda heç bir məcburiyyət olmadığı halda, İran hökuməti insanları nəyəsə məcbur edir:  
“Ümumiyyətlə, İslamda şəriət qanunları adlı bir anlayış yoxdur. Bunlar sonradan ortaya çıxarılmış qaydalardır ki, onların da patriarxallığın məhsulu olmasının şahidi oluruq. Sanki kişilərə qadınlar üzərində bir hökmranlıq verilmiş kimi müşahidə olunur. 
Halbuki, Allah heç bir zaman bir cinsi nə üstün, nə də aşağı yaradıb. Yəni qadınlar dünyaya 1-0 geridən başlamaq məcburiyyətində deyillər. Bu sadəcə olaraq İslamın gəlişindən, Qurandakı bəzi ayələrdən yola çıxaraq kişilərin sanki din onlara gəlib və qadınlar da onlara tabe olmaqla dinlərini yerinə yetirirlərmiş kimi fikirlərin ortaya atılmasının səbəbidir. 
“Bəqərə” surəsinin 256-cı ayəsinə baxdığımız zaman görürük orada dində heç bir məcburiyyətin olmadığı konkret olaraq bildirilib. 
Amma İranın etdiyi birbaşa məcburiyyətdir. İslam dinində heç belə bir məsələnin olmadığı halda, onlar İslam adı ilə dövlət təsis edərək, İslamı bu şəkildə gözdən salırlar. Bu Allahın dini deyil, insanların uydurub adını İslam qoyduqları dini yanaşmadır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.