Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Xəzər dənizində bu balıqların sayı azaldı

Xəzər dənizində bu balıqların sayı azaldı

Xəzər dənizində bu balıqların sayı azaldı
2022-09-23 , 12:25

Xəzər dənizində balıq və digər su bioloji resurslarının mövcud vəziyyəti, gələcək dinamikası, növbəti il üçün balıq ovunun kvota proqnozlarını müəyyən etmək məqsədilə hər il kompleks ekoloji monitorinqlər keçirilir.

 
Pravda.az-ın məlumatına görə, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov bildirib.
 
O qeyd edib ki, Xəzər dənizinin bioloji resurslarını və dəniz mühitini öyrənmək məqsədilə “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə keçirilən son monitorinqlərin nəticələrinə görə, dənizdə siyənəklərin və kefalların vəziyyətinin qənaətbəxş olduğu, adi çəki, kütüm, Xəzər külməsi, şərq çapağı və şəmayı balıqlarının isə azaldığı müşahidə edilib: “Ölkəmizdə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə hər il təbii su hövzələrinə ETSN-in balıqartırma müəssisələrində yetişdirilən balıq körpələrinin buraxılışı həyata keçirilir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.