Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputatlardan AzTV-yə sərt ittiham: “Səviyyəsizliyinə heyrət elədim”

Deputatlardan AzTV-yə sərt ittiham: “Səviyyəsizliyinə heyrət elədim”

Deputatlardan AzTV-yə sərt ittiham: “Səviyyəsizliyinə heyrət elədim”
2022-09-23 , 12:26

Milli Məclisin iki deputatı sosial şəbəkədə  Azərbaycan Televiziyasında (AzTV) yayımlanan verilişi və AzTV rəhbərini tənqid ediblər.

“Yeni Sabah” xəbər verir ki, deputat Əziz Ələkbərli “Facebook” hesabındakı paylaşımda AZTV haqda sərt tənqid səsləndirib:
“Bu gün AzTV-də “Əsas məsələ” verilişinə baxdım, Qərbi Azərbaycanla bağlı söhbətləri dinlədim və verilişin səviyyəsizliyinə heyrət elədim. 
AzTV rəhbərliyinə və verilişin müəlliflərinə bir məsləhətim var: Qərbi Azərbaycan mövzusunu bu qədər bayağılaşdırmayın və kanalı bu qədər gözdən salmayın!”.
Digər deputat Etibar Əliyev də statusa şərh yazaraq AzTV rəhbərliyini ittiham edib:
“AzTV-nin rəhbərinin özü savadsızın, yekəxananın biridir. 
Oradakı əksər verilişləri də öz səviyyəsi ilə bərabərləşdirib. Televiziyanı şəxsi ambisiyasının qurbanına çevirib. Təhsil və elm sahəsindəki verilişləri ictimai rəyi çaşdırmağa xidmət edir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.