Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Millət vəkili ƏDV-nin azaldılmasını dəstəklədi: dəyişiklik olsa, xərclərimiz nə qədər azalacaq?

Millət vəkili ƏDV-nin azaldılmasını dəstəklədi: dəyişiklik olsa, xərclərimiz nə qədər azalacaq?

Millət vəkili ƏDV-nin azaldılmasını dəstəklədi: dəyişiklik olsa, xərclərimiz nə qədər azalacaq?
2022-09-23 , 15:16

Bu gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin toplantısı olub. Toplantıda deputat, iqtisadçı Vahid Əhmədov ərzaq məhsullarında ƏDV-ni 18%-dən 2%-ə endirilməsi, eyni zamanda ərzaq məhsullarına tədbiq edilən gömrük rüsumlarının azaldılması fikrini irəli sürüb.

 
Sfera.az xəbər verir ki, millət vəkilinin irəli sürdüyü təklifi şərh edən REAL Partiyasının funksioneri, iqtisadçı-ekspert Natiq Cəfərli belə bir təkliflə ilk dəfə təmsil etdiyi partiyanın çıxış etdiyini söyləyib.
 
“Mən Vahid bəyə təşəkkür edirəm, ümid edirəm ki, 2023-cü ilin büdcə müzakirələri zamanı bu təklif reallaşacaq, nəticədə ölkədə tüğyan edən ərzaq inflyasiyasının, qiymət artımının qarşısı alınacaq və bu, əhalinin sosial vəziyyətinə müsbət təsir edicək”, - deyən N.Cəfərli hesab edir ki, ərzaq malları ilə yanaşı, zəruri dərman preparatlarına da tətbiq olunana ƏDV-nin 2%-ə endirilməsi vacibdir:
 
“Ümid edirəm ki, bu təklif də reallaşacaq, nəticədə vətəndaşın ərzaq və dərman xərcləri yüngülləşəcək. Məsələn, dəyəri 50 manat olan ərzağa görə, marketlərdə 9 manat ƏDV ödəyirik. Dəyişiklik reallaşarsa, ƏDV-yə çəkilən xərc 1 manata düşəcək. Yəni, dəyəri 50 manat olan ərzağa 59 manat deyil, 51 manat, eyni qaydada, dəyəri 10 manat olan dərmana 11 manat 80 qəpik əvəzinə 10 manat 20 qəpik ödəyə bilərik”.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.