Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputatdan aliment təklifi: “Dövlət ödəsin”

Deputatdan aliment təklifi: “Dövlət ödəsin”

Deputatdan aliment təklifi: “Dövlət ödəsin”
2022-09-30 , 14:53

"Deputatlara daxil olan müraciətlər sırasında alimentlərlə bağlı məsələlər xüsusi yer tutur”.


Yenilik.az "oxu.az"-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat qeyd edib ki, vətəndaşın aliment hüququnun tam şəkildə yerinə yetirilməsi vacibdir.

O, Aliment Fondunun yaradılmasını təklif edib.

"Aliment Fondu yaradılmalıdır, aliment ala bilməyənlərin pulu həmin Fond, yəni dövlət tərəfindən verilməlidir. Daha sonra isə alimenti ödəyəcək şəxsdən həmin vəsaitin geri qaytarılması təmin olunmalıdır”, - deyə Siyavuş Novruzov əlavə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.