Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İcra başçısı qaziyə hörmətsizlik edib? - “Məndə görüntülər var”

İcra başçısı qaziyə hörmətsizlik edib? - “Məndə görüntülər var”

İcra başçısı qaziyə hörmətsizlik edib? - “Məndə görüntülər var”
2022-09-30 , 15:00

“Məndə görüntülər, videolar var ki, icra başçısı qaziyə hörmətsizlik edir. Açıqlamaq istəmirəm, amma hər bir halda şəhid adının əbədiləşdirilməsinə diqqət yetirilməlidir”. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk plenar iclasında deputat Sabir Rüstəmxanlı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, ilk növbədə evsiz-eşiksiz şəhid ailələrinin evlə təmin olunması məsələsinə baxılmalıdır:
“Ən çox giley-güzar işsizlikdəndir. Qazilərin işlə təmin olunmasına çox ciddi yanaşılmalıdır. Təqaüd prinsplərinin ölkədə pozulması çox böyük narazılıqlar yaradır. İlk olaraq qazilərin və onların ailələrinin təqaüd məsələsi nizama salınmalıdır. Mən bizim şəhidlərimizin, qazilərimizin savaşa necə getdiklərini görmüşəm. Aparılan bütün anti-təbliğatlara baxmayaraq, onlar bu duyğunu necə ötürürdülər. Onların bu duyğusunu öldürmək olmaz”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.