Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Elgiz Əkbər: "Qızım rus məktəbində dərs alır, Bakıda məktəbə getmişdim, müəllim “ç” ilə danışırdı..."

Elgiz Əkbər: "Qızım rus məktəbində dərs alır, Bakıda məktəbə getmişdim, müəllim “ç” ilə danışırdı..."

Elgiz Əkbər:
2022-10-02 , 14:29

“Qızım rus məktəbində dərs alır. İldə 7-8 dəfə həm Bakıda, həm də rayonlarda məktəblərə gedirəm. Bundan çox xoşum gəlir. Rus təmayüllü məktəblərdə olan şagirdlər Azərbaycan təmayüllü məktəblərdə olan şagirdlərdən fərqli təhsil alırlar”.

 
Pravda.az xəbər verir ki, bunu teleaparıcı Elgiz Əkbər həmkarı Ülvira Qarayevaya müsahibəsində deyib.
 
“Qızımın heyvansevər, təbiətə sevgisinin olması, səhər yuxudan oyananda “dobroe utro” deməsi, nəzakətli olması, yemək yeyərkən bıçağı sağda, çəngəli solda tutması... Mənim onunla məşğul olmağa vaxtım yoxdur. Hamısına şamil etmirəm, bəzi Azərbaycan məktəblərdə bu nüanslara fikir verilmir. Bəlkə də mükəmməl təhsil verilir, amma... Binəqədi rayonunda bir məktəbə getmişdim, müəllim uşaqlarla düzgün danışmırdı, dili düzgün təqdim etmirdi. “Çıx”, “çıx”... “Ç” və “j” hərflərindən çox istifadə edirdi. Dedim, axı siz ləhcə ilə danışa bilməzsiz. Qızım rus məktəbində oxusa da, o demək deyil ki Azərbaycan dilini bilmir... Azərbaycan dilini yaxşı bilir. İngilis dilini də öyrənəcək. Elə materiallar var ki internetdə Azərbaycan dilində tapmaq olmur...” – E.Əkbər qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.