Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İcra başçısı direktoru məktəbdə tapmadı, Təhsil İdarəsinə şikayət etdi

İcra başçısı direktoru məktəbdə tapmadı, Təhsil İdarəsinə şikayət etdi

İcra başçısı direktoru məktəbdə tapmadı, Təhsil İdarəsinə  şikayət etdi
2022-10-02 , 14:32

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədi ilə seçmə qaydada Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində olub.


Bu barədə İcra Hakimiyyətinin səhifəsi məlumat yayıb.


Arıqıran kənd tam orta məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub, təəssüflər olsun ki, məktəbdə nə direktor nə də müəllim olmayıb. Həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb. Acınacaqlı hal ondan ibarətdir ki, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslərdir.

Rayon İcra Hakimiyyətinin başçısı məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.