Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Polşada saxlanılan sabiq icra başçısı barədə rəsmi açıqlama

Polşada saxlanılan sabiq icra başçısı barədə rəsmi açıqlama

Polşada saxlanılan sabiq icra başçısı barədə rəsmi açıqlama
2022-10-05 , 15:03

Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanıb və Elxan Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.


Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda bildirilib.


Məlumatda deyilir ki, Elxan Nuriyev 02.10.2022-ci il tarixdə Polşa Respublikasının ərazisində saxlanılıb.

Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.