Elmira Axundova Kiyevdə deyil: Səfirliyə kim rəhbərlik edir?

Son günlər Rusiyanın Kiyevi bombalamasından sonra bir çox səfirliklər və konsulluqlar paytaxtı yenidən tərk etməyə hazırlaşdıqlarını bildirmişdilər.
Yenisabah.az-ın sorğusuna cavab olaraq səfirlikdən bildirilib ki, Elmira Axundova Kiyevdə deyil:
“Hazırda müvəqqəti işlər vəkili səfirliyə rəhbərlik edir” – deyə cavabda bildirilib.
Xatırladaq ki, 24 fevraldan etibarən Rusiyanın Ukraynada həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar çərçivəsində bir çox ölkə səfirlikləri ilə yanaşı Azərbaycan səfirliyinin nümayəndələri də Ukraynanı tərk etmişdilər.
OXŞAR XƏBƏRLƏR