Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Alıcıların nəzərinə: Bu qəndlərdə nöqsanlar aşkarlandı

Alıcıların nəzərinə: Bu qəndlərdə nöqsanlar aşkarlandı

Alıcıların nəzərinə: Bu qəndlərdə nöqsanlar aşkarlandı
2022-10-12 , 17:45

Azərbaycanda istehsal olunan 9 adda qəndlə bağlı nöqsanlar aşkarlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən bir sıra istehsalçılara məxsus qənd məhsulu partiyalarının qida sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, kükürd dioksid (SO2) miqdarının laborator sınaqların nəticələrinə əsasən normadan artıq olduğu müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentlik tərəfindən qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçirilərək normativ sənədin tələblərinə cavab verməyən həmin məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı istehsalçılara, eyni zamanda ticarət şəbəkələrinin rəhbərlərinə həmin məhsulların satışdan çıxarılaraq istehsalçılara geri qaytarılması barədə icrası məcburi göstərişlər verilib.
Görülmüş nəzarət tədbirlərinin nəticəsi olaraq, həmin şirkətlər tərəfindən cari ilin aprel-sentyabr aylarında 1097,25 kq məhsul geri çağırılıb ki, bunlardan fiziki şəxs Kərimov Əfqan Bəhşir oğlunun istehsal etdiyi 371,3 kq, “Bolluq” MMC tərəfindən istehsal edilən 169,2 kq, “Şam Fi International Trading Company” MMC tərəfindən emal edilən 6,75 kq qənd partiyası məhv edilib, 347 kq məhsulun isə məhv edilməsi ilə bağlı qərar qəbul olunub. Eyni zamanda fiziki şəxs Babayev Nazim Səyyaf oğluna məxsus anbarda saxlanılan 5109 kq, həmçinin satış şəbəkəsindən geri çağırılmış 200 kq qənd məhsulunun təkrar emala göndərilməsi barədə qərar qəbul edilib.
Ticarət şəbəkələrində keçirilmiş təkrar monitorinqlər zamanı isə 20 nümunə götürülərək müayinəyə cəlb edilib. Müayinə nəticəsinə əsasən, əvvəl uyğunsuzluq aşkarlanmış 6 istehsalçıya məxsus 9 nümunədə kükürd dioksidin kütlə payı normadan artıq müəyyən edilib.
Bununla əlaqədar, müəssisələrin 3-də plandankənar yoxlama aparılıb, 2 müəssisədə (“Şüvəlan Şirniyyat” ASC və fiziki şəxs Mənsimov Məmməd Adil oğlu) aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar istehsalın dayandırılması və kükürd dioksidin miqdarı normadan artıq müəyyən edilmiş məhsulların geri çağırılması, 1 müəssisədə (fiziki şəxs Kərimov Əfqan Bəhriş oğlu) isə aparılmış yoxlama çərçivəsində ticarət şəbəkəsində aşkar edilmiş uyğunsuz məhsul partiyasının geri çağırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar”lar qəbul edilib.
Uyğunsuzluq aşkar edilmiş 1 nümunənin istehsalçısı barədə məlumat hüquq mühafizə orqanlarına göndərilib və həmin məhsul partiyasının satışının qadağan edilməsi və satışdan kənarlaşdırılması ilə bağlı ticarət şəbəkəsinin rəhbərinə müvafiq göstəriş verilib. Uyğunsuzluq aşkar edilmiş digər 2 müəssisədə (“Bolluq LTD” MMC və fiziki şəxs Kərimov Cavid) təkrar plandankənar yoxlamanın keçirilməsi nəzərdə tutulub. Məhsulların satışdan kənarlaşdırılaraq istehsalçıya geri qaytarılması və Agentliyə bu barədə məlumat verilməsi ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə rəsmi məktub ünvanlanıb.
AQTA istehlakçıları bir daha məhsulları alarkən etiketində olan məlumatlara diqqət yetirməyə, aşağıdakı cədvəldə göstərilən əmtəə nişanlı və istehsal tarixli məhsullardan istifadə etməməyə çağırır, istehlakçılar tərəfindən həmin məhsullar satış şəbəkələrində aşkar edildikdə AQTA-nın “1003 Çağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.