Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » Bakıya gələn 4 nəfər müayinədən yayınıb - Axtarışa verildilər

Bakıya gələn 4 nəfər müayinədən yayınıb - Axtarışa verildilər

Bakıya gələn 4 nəfər müayinədən yayınıb - Axtarışa verildilər
2020-03-24 , 12:52

Martın 23-də Naxçıvan-Bakı reysi ilə paytaxta gələn dörd nəfər təyin olunmuş zala gəlməyərək, tibbi müayinədən yayınıblar.

Yenilik.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, onların barəsində müvafiq cəza tədbirləri təyin olunmaqla axtarış elan edilib.

Təyyarədə xarici ölkələrdən, əsasən Türkiyədən gələn şəxslər olublar.

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan qaydalara uyğun olaraq, xarici ölkələrdən gələn şəxslər 14-21 gün müddətinə karantinə alınır, onlar koronavirus infeksiyasına yoluxma faktının müəyyənləşdirilməsi üçün müayinədən keçirlər.

Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın müəyyənləşdirdiyi qaydaları pozan şəxslər barəsində cəza tədbirlərinin görüləcəyi elan edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.