Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əli Həsənov iki aylıq pensiyasını koronavirusla mübarizə üçün köçürdü

Əli Həsənov iki aylıq pensiyasını koronavirusla mübarizə üçün köçürdü

Əli Həsənov iki aylıq pensiyasını koronavirusla mübarizə üçün köçürdü
2020-03-24 , 17:05

Baş Nazirin sabiq müavini Əli Həsənov Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

Aydinliq.az-ın xəbərinə görə, Ə.Həsənov iki aylıq pensiyasını Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdüyünü açıqlayıb.
“Bu kiçik vəsaitlə mən bu ciddi problemə münasibətimi bildirirəm. Dövlətlə bir olaq, sıx birlik və həmrəylik nümayiş etdirək, məsuliyyətli olaq, bir-birimizi qoruyaq” - Ə. Həsənov bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.