Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Noyabrda 10 gün iş olmayacaq

Noyabrda 10 gün iş olmayacaq

Noyabrda 10 gün iş olmayacaq
2022-11-01 , 18:23

Noyabrda bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb.

Yenilik.az xəbər verir ki, ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətindən verilən məlumatına görə, bu ay 4 gün ardıcıl iş olmayacaq.
Nazirlər Kabinetinin qərarına görə isə bu il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır. Azərbaycanda 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günüdür.
Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.
Bununla da noyabrda həftəsonları ilə birgə 10 gün iş olmayacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.