Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Prokurorluq Rəşad Dağlının törətdiyi qətl barədə məlumat yaydı

Prokurorluq Rəşad Dağlının törətdiyi qətl barədə məlumat yaydı

Prokurorluq Rəşad Dağlının törətdiyi qətl barədə məlumat yaydı
2022-11-09 , 10:46

Prokurorluq məşhur meyxanaçı Rəşad Dağlının (Əmirov) törətdiyi qətl barədə məlumat yayıb.

Yenilik.az xəbər verir ki, Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.