Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Rəşad Dağlı azadlığa buraxılacaq, amma əvvəlki olmayacaq”

“Rəşad Dağlı azadlığa buraxılacaq, amma əvvəlki olmayacaq”

“Rəşad Dağlı azadlığa buraxılacaq, amma əvvəlki olmayacaq”
2022-11-10 , 19:49

“Biri Rəşad Dağlını söz xiridarı, bir şair, digəri meyxanaçı adlandırır. Birinin bu hadisəyə ürəyi ağrıyır, digəri təəssüf edir, bir başqası isə laqeyiddir. Nəzərimdə Rəşad Dağlı nadir istedada malik bir şair, söz xəzinəsinin biliciləri içərisin bu gün ən öndə gedən ismlərdən biri idi. Ona adi meyxanaçı deyənlərə xatırladıram ki, əbədiyaşar qəzəlxanımız Əliağa Vahid də bədahətən deyilən meyxananın bilici və deyicilərindən biri olmuşdur. Rəşad Dağlı minlərlə dinləyicisi və sevənləri olan Azərbaycan vətəndaşıdır. İnsan bir iş tutmamışdan onun sonunu düşünsün, nəticənin hansı fəlakətlərə səbəb ola biləcəyini anlasın. Bəli, bir ailə öz övldını torpağa tapşırdı. Digər bir ailə bədbəxt oldu. İki gül üzlü bala hələ uzun illər ata həsrəti çəkəcək, ata məhəbbətindən uzaq düşəcəklər. İki nəsil bir-birilə qan düşməni oldu. Bəs bu cür faciələrin əsil səbəbi nədir? Onlardan qurtuluş yolu vardırmı? Belə facilərin bir səbəbi, bir ünvanı var: narkomaniya”.

 
Pravda.az-ın xəbərinə görə, bunu professor Musa Qəniyev bildirib.
 
“Rəşadın törətdiyi hadisə ilə tək adi bir meyxanaçını deyil, şer xəzinəsinə əvəzsiz tövhələr verə biləcək çox qiymətli şair-qəzəlxanımızı itirdik. İllər keçəcək, Rəşad yenidən azadlığa, öz balalarına və zamanında onu sevənlərə qovuşacaq. Lakin bu heç bir vaxt əvvəlki Rəşad Dağlı olmayacaq. Biz bu gün onu da əbədi olaraq itirdik. Lakin bunlar olmaya da bilərdi, hərgah məhbəsdən buraxılan şəxsə ciddi nəzarət olsa idi, Rəşadın anidən dəyişən aqressiv psixoloji durumunu normal hala sala bilmək istəyi, gücü və qüdrəti olsa idi, onu bu yoldan çəkindirə biləcək yaxın ətrafı olsa idi... “Olsa idi”ləri artırmaq da olardı... Lakin onun artıq heç bir mənası yoxdur. Sadəcə, biz itirdik, itirə-itirə də gedirik və hələ çox, lap çox Rəşadlar itirəcəyik” – M.Qəniyev qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.