Aqşin Fateh ETİRAF ETDİ: "Mən də Rəşadın yerində olsaydım, özümü idarə edə bilməzdim" - VİDEO

Meyxanaçı Aqşin Fateh həbs olunan həmkarı Rəşad Dağlıdan danışıb.
"Siz tək deyilsiniz, biz əmiləriniz, dayılarınız yanınızdayıq. Toyunuzda necə yanınızda olduqsa, çətin anda da yanınızdayıq. Bir insanın malına dəyə, toxuna bilərsən. Bir meyxanaçının şərəf ləyaqətinə, namusuna sözlə toxunsan... Onu qınayanlar var. Biz söz adamlayırıq, sözlə pul qazanırıq. Bizi sözlə əzmək olmaz. Bəlkə kimlərəsə adidir, şərəfinə, namusuna deyilən sözü keçir. Öyrəşib, hər gün eşidib. Meyxanaçı, şair, sözlə dolanan adama ağır söz demək olmaz. Mən də Rəşadın yerində olsaydım, özümü idarə edə bilməzdim".
Rəşad Dağlının qətl törətməsinə münasibət bildirən Aqşin "Onun yerinə olsaydım, bəlkə, mən də özümü idarə edə bilməzdim" sözlərini söyləyib.
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR