"Onlar bizi bağışlayırlar, bu qanı yatızdırırlar" - VİDEO

"Neçə gündür ki, biz yatmırıq, işlər gah belədir, gah elə... Hərə bir şey danışır. Hamıdan xahiş edirəm. Buradan sizə səslənirəm: instaqramın, tiktokun "like"larına getməyin. Ötən gün Rəşadın atası hardansa "Bariqa" söhbətini eşidib. Elə deyil, əzizlərim. Rəşadın qardaşı Ağa ilə mən ona dedik ki, bu ola bilməz".
"Onlar bizi bağışlayırlar, bu qanı yatızdırırlar, siz yenə bu tiktokun hesabına qaldırırsınız. Mən əgər bu hadisənin 2 saat öncə bilsəydim, bunlar olmayacaqdı. Gedib o qapıda ikisindən birini başa salardım, qoymazdım, qabaqlarına keçərdim, bu münaqişə söhbətin içində baş verib. Hanısa bir söhbətə aydınlıq gətirmək istəyiblər, nəticədə belə olub".
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR