Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanın Ukraynadakı səfiri əsayla görüntüləndi - FOTO

Azərbaycanın Ukraynadakı səfiri əsayla görüntüləndi - FOTO

Azərbaycanın Ukraynadakı səfiri əsayla görüntüləndi - FOTO
2022-11-13 , 18:29

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova əsa ilə görüntülənib.

Yenilik.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının kassasının qarşısında lentə alınanı fotoda xanım səfirin səhhətinin yerində olmadığı müşahidə edilib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Azərbaycanın Ukraynadakı səfiri E.Axundova və diplomatik korpusun nümayəndə heyəti Ukraynanı tərk etmişdi və bu, ciddi müzakirələrə səbəb olmuşdu. Xanım səfir Ukraynanı tərk etməsini həm də əməliyyat olunması ilə əsaslandırmışdı.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 69 yaşlı Elmira Axundovanın budəfəki durumu isə həmin əməliyyatla bağlı deyil, ayağı burxulması ilə əlaqədardır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.