Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sabahdan məktəblilərin tətili başlayır

Sabahdan məktəblilərin tətili başlayır

Sabahdan məktəblilərin tətili başlayır
2022-11-15 , 10:34

Sabahdan, noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayır. 

Yenilik.az xəbər verir ki, payız tətili noyabrın 20-dək davam edəcək.
Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Növbəti tədris günü noyabrın 21-dir.
Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.