Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “ƏDV geri al” ilə bağlı XOŞ XƏBƏR

“ƏDV geri al” ilə bağlı XOŞ XƏBƏR

“ƏDV geri al” ilə bağlı XOŞ XƏBƏR
2022-11-23 , 15:49

““Vergi Məcəlləsi”nə təklif edilən dəyişikliklərə əsasən, gələn ildən ƏDV-ni geri al qaydalarının dəyişdirilməsi nəzərdə tutulur. Nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan ƏDV-nin nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.”


Yenilik.az-ın xəbərinə görə, bunu deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, ƏDV-ni geri al mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılması məqsədi daşıyır: “Bu iqtisadiyyatın ağardılması islahatlarının dərinləşdirilməs baxımdan vacib idi. Bununla yanaşı, komitə iclasında müzakirələr zamanı nağdsız əməliyyatlara görə qaytarılan ƏDV-nin 15 faizdən 17,5 faizə deyil, 20.0 faizə atırılmasını təklif etdim. Nağdlı ödənişlər üzrə 5.0 faiz bənd azalmanın olduğunu nəzərə alsaq nağdsız ödənişlər üzrə oxşar həcmdə artım məqsədəuyğun olardı. Bu plastik kartlardan istifadəyə marağı daha da artırardı. Bütövlükdə, “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və dəyişikliklər real sektorun yeni güzəştlərdən faydalanmasına imkan yaradacaq”.

V.Bayramov qeyd edib ki, bütövlükdə, “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və dəyişikliklər real sektorun yeni güzəştlərdən faydalanmasına imkan yaradacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.