Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Dövlət qulluqçusu niyə siyasi partiya üzvü olmasın?”

“Dövlət qulluqçusu niyə siyasi partiya üzvü olmasın?”

“Dövlət qulluqçusu niyə siyasi partiya üzvü olmasın?”
2022-11-23 , 15:56

“Bu gün ölkədə 50-dən çox partiya olsa da, çoxpartiyalı sistem hələ oturuşmayıb. Məqsəd də odur ki, siyasi partiyalara belə şərait yaradılsın” 

Yenilik.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.O qeyd edib ki, qanun layihəsinin qəbulunda məqsəd siyasi partiyalara şərait yaratmaqdır və Azərbaycan iqtidarı və dövləti bu məsələdə siyasi partiyaların rolunun artmasında maraqlıdır: “Hazırda Azərbaycanda oturuşmuş siyasi sistem patiyaların çoxluğu hələ çoxpartiyalı siyasi sistem demək deyil. İllərdir seçkilərdə iştirak etməyən partiyalar fəaliyyət göstərir. Əvvəlki qanunvericilikdə müəyyən müddətdən sonra həmin təşkilatların fəaliyyətinə xitam verilirdi. Lakin indi həmin maddə tamamilə çıxarılıb. Əgər cəmiyyətə xeyri dəyməyəcəksə, siyasi proseslərdə iştirak etmirsə, siyasi sistemin formalaşması üçün faydası olmayacaqsa, onda siyasi partiya yaratmağın nə faydası var?! Avropanın aparıcı ölkələrində müəyyən müddət ərzində siyasi proseslərdə, seçkilərdə iştirak etməyən partiyanın fəaliyyətinə xitam verilir, amma biz bunu saxlayırıq. Həddindən artıq demokratik normanın qanun layihəsinə salınmasına partiyalar hazırdırmı?”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.