Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Bu nə biyabırçılıqdır!”

"Bu nə biyabırçılıqdır!”

"Bu nə biyabırçılıqdır!”
2022-11-24 , 13:08

“Bu Dilçilik İnstitutu yerli-dibli ləğv olunmalıdır! Bu nə biyabırçılıqdır!”

Yenilik.az xəbər verir ki, bu sözləri İctimai TV-nin aparıcısı Saleh Bağırov Dilçilik İnstitutunda “dovşan” sözünün tələffüzü ilə bağlı təkliflərin müzakirə olunması ilə bağlı  feysbuk səhifəsində yazıb.
"İllərlə yazılışı və deyilişi eyni olan, qəbul olunmuş sözləri necə dəyişmək olar? Bunlar nə yeyir, nə içirlər, yuxuda nə görürlər, gəlib belə səviyyəsiz müzakirələr edirlər?
Orada toplaşan insanların böyük əksəriyyətinin dil qüsuru, ləhçəsi, dialekti var. Əvvəlcə bunu aradan qaldırsınlar, sonra başlasınlar “guya” dil düzəltməyə.
Həmişə demişəm, bu qurum Azərbaycan dilinin bir nömrəli düşmənidir və nöqtə!”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.