Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “30 ildir müstəqil dövlətik, hələ dərman problemini həll edə bilməmişik”

“30 ildir müstəqil dövlətik, hələ dərman problemini həll edə bilməmişik”

“30 ildir müstəqil dövlətik, hələ dərman problemini həll edə bilməmişik”
2022-11-25 , 13:49

“Şəkər, ürək xəstəliyindən əziyyət çəkən insanlar dünyasını vaxtından əvvəl dəyişirlər. Kimin ki, pulu yoxdur Türkiyəyə, Avropaya müalicəyə gedə bilmir, Azərbaycanda keyfiyyətli müalicə olunmadığına görə həyatını çox vaxt itirirlər”.

Yenilik.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa bildirib. 

Deputat qeyd etdi ki, dərman qiymətləri Türkiyədən üç dəfə bahadır: “30 ildir müstəqil dövlətik, hələ dərman problemini həll edə bilməmişik. Artıq biz bu mexanizmi həll etməliyik. Onsuz da bu insanların böyük əksəriyyəti bizim normal səhiyyə sistemimizin olmamasına, yaxud da sağlamlıqla bağlı müəyyən problemlərə görə dünyasını dəyişir”, - deyə deputat qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.