Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Kişilərin 47 faizinin 65 yaşa çatmadan ölməsi fikri yanlışdır”

“Kişilərin 47 faizinin 65 yaşa çatmadan ölməsi fikri yanlışdır”

“Kişilərin 47 faizinin 65 yaşa çatmadan ölməsi fikri yanlışdır”
2022-11-25 , 14:37

“Azərbaycanda kişilərin 47 faizinin 65 yaşa çatmadan ölməsi fikri yanlışdır”.

Yenilik.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə bildirib. 
Bundan əvvəl parlamentin iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycanda kişilərin 47 faizinin 65 yaşa çatmadan ölməsini bildirmişdi. O təklif etmişdi ki, buna görə də kişilərin pensiya yaşı aşağı salınmalıdır.
Samir Şərifov isə qeyd edib ki, Qüdrət Həsənquliyevin dedikləri həqiqəti əks etdirmir.

Ümumilikdə statistikya görə, ölkəmizdə kişilərin sayı 5 milyon 74 nəfərdir. Onlardan 65 yaşdan yuxarı olanların sayı 341 min nəfərdir, yəni 6,7%-dir. Altmış beş yaşına çatmayan kişilərin sayı isə, 4 milyon 733 min nəfər, yəni 93,3 faizdir. 
Beləliklə, əhalinin 65 yaşadək yaşayan hissəsinin müəyyən edilməsi hansısa statistik məlumatlarla deyil, demoqrafik hesablamalara əsasən müəyyən edilməlidir. Daha xüsusi çəkiyə malik olan, burada da qeyd edildiyi kimi 93,3%-lik hissənin daha çox dünyasını dəyişməsi kifayət qədər məntiqlidir. 
Bunu da qeyd etmək istəyirdim ki, 65 yaşına qədər olan əhalinin ümumi kişilərin sayında dünyasını dəyişənlərin xüsusi çəkisi 0,4% təşkil edir. Müvafiq olaraq, 65-dən çox yaşı olan 341 min nəfər kişidən, 21 min nəfər dünyasını dəyişib ki, bu da 6% təşkil edir. 

Hörmətli Qüdrət müəllim, son illərin ölüm ehtimallarına əsasən aparılan qiymətləndirmələr göstərir ki, yeni doğulan əhalinin 79,5 faizi 65 yaşına çatır. Kişilər üzrə bu göstərici 75,5%, qadınlar üzrə isə 83,5%-dir. Bununla bağlı məsələnin düzgün təqdim edilməsi, hər hansı yozumlara şərait yaratmamalıyıq”, - deyə nazir qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.