Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sahil Babayev: "55 min şəxsin özünüməşğulluğu təmin edilib”

Sahil Babayev: "55 min şəxsin özünüməşğulluğu təmin edilib”

Sahil Babayev: "55 min şəxsin özünüməşğulluğu təmin edilib”
2022-11-25 , 15:27

“2019-cu ildən bu günə qədər sosial müavinətlərin, əməkhaqlarının artırılması istiqamətində islahatlar aparılır və hələ də davam edir”.


Yenilik.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, nazirliyin İşsizlikdən Sığorta Fondunun ümumi büdcəsi çərçivəsində əsas mövqeyi aktiv məşğulluq proqramlarının genişləndirilməsidir:
Azərbaycan vətəndaşının rifahının təmin olunması həmişə bizim üçün prioritet olub və onun üçün də çalışırıq.
S.Babayev bildirdi ki, ölkədə aktiv məşğulluq proqramları üçün çalışırıq: “Eyni zamanda xalqın öz qazancını əldə etmək imkanını artırmaq lazımdır və biz bunu edirik. Ölkədə bəzi streotiplər var ki, onları qırmaq lazımdır. Bəzən insanları işləməməyə sövq edirlər, bundan çəkinmək lazımdır. Nəzərə çatdıraq ki, 400 minə yaxın işsizi məşğulluq proqramı çərçivəsində işə cəlb etmişik. Prosesin tam şəffaf olması üçün bütün tədbirlər görülüb. 55 min şəxsin özünüməşğulluğu təmin edilib”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.