Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Pensiya almadan ölənlərin yığdığı vəsait ailəsinə verilməlidir”

“Pensiya almadan ölənlərin yığdığı vəsait ailəsinə verilməlidir”

“Pensiya almadan ölənlərin yığdığı vəsait ailəsinə verilməlidir”
2022-11-25 , 15:33

“Reallıq budur ki, pensiya yaşına çatmayaraq dünyasını dəyişən insanların öz hesablarına yığdığı, ödədiyi vəsait onun ailə üzvlərinə verilmir. Bu nə dərəcədə ədalətlidir?”

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa bildirib.
“Artıq biz bu mexanizmi həll etməliyik. Onsuz da bu insanların böyük əksəriyyəti bizim normal səhiyyə sistemimizin olmamasına, yaxud da sağlamlıqla bağlı müəyyən problemlərə görə dünyasını dəyişir”, - deyə deputat qeyd edib.
Millət vəkili əlavə edib ki, Azərbaycanda onkoloji xəstəliklərdən ölənlərin sayı artıb: “Şəkər, ürək xəstəliyindən əziyyət çəkən insanlar dünyasını vaxtından əvvəl dəyişirlər. Kimin ki, pulu yoxdur Türkiyəyə, Avropaya müalicəyə gedə bilmir, Azərbaycanda keyfiyyətli müalicə olunmadığına görə həyatını çox vaxt itirirlər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.