Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ədliyyə Nazirliyinin "əməkdaşı" vətəndaşı necə aldatdı? — ŞOK FAKTLAR

Ədliyyə Nazirliyinin "əməkdaşı" vətəndaşı necə aldatdı? — ŞOK FAKTLAR

Ədliyyə Nazirliyinin "əməkdaşı" vətəndaşı necə aldatdı? — ŞOK FAKTLAR
2020-03-29 , 13:14

Hacıqabul rayonunda dələduzluq etməkdə təqsirli bilinən Abbas Hətəmov və Səxavət Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, Abbas Hətəmov və Səxavət Səmədov qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzduq, yəni özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək qərarına gəliblər.
Bu məqsədlə Səxavət Səmədovun qonşusu Kamal Quliyev ilə birlikdə görüşüblər. Səxavət Səmədov qonşusuna Abbas Hətəmovu Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edib.
Abbas Hətəmov özü də geniş imkanlara malik olmasını deyib və işgüzar adam olması kimi özünü təqdim edib, Kamal Quliyevi buna inandırıb. O, Kənan Quliyevin qardaşı Azər Quliyevin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi ilə bağlı cinayət işinin məhkəməyə göndərildikdən sonra 21 min manat məbləğində pul vəsaiti müqabilində əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif etdirəcəyini vəd edib.
Kamal Quliyevdən 3 dəfəyə, yəni 10000 manat məbləğində hissəsini təqribən 2017-ci ilin avqust ayının əvvələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Tovuz” kafesində Abbas Hətəmov, 8000 və 3000 manat məbləğində hissələri isə Səxavət Səmədov müvafiq olaraq 16-17 avqust 2017-ci il tarixdə və təqribən 2017-ci ilin sentyabr ayının əvvəllərində Hacıqabul şəhəri, M.Ş.Vazeh küçəsində yerləşən mobil telefon satışı ilə məşğul olan mağazanın qarşısında alıb.
Daha sonra onlar vədlərinə əməl etməyərək ümumilikdə 21 min manat məbləğində pul vəsaitini öz ehtiyacları üçün xərcləyiblər.
İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.
Hacıqabul rayon Məhkəməsinin hökmü ilə Abbas Hətəmov 3 il, Səxavət Səmədov isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hər iki təqsirləndirilən şəxsin barəsində istintaq dövründə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib. Onların barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs olunublar.
Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Onlar zərərçəkmiş şəxslə barışdıqlarını, barələrində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzalarının şərti hesab edilməsini istəyiblər
Hər iki təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, hər iki təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.
Fariz Məlikli
Demokrat.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.