Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Direktorla bağlı neqativ hal olanda araşdırılır"

"Direktorla bağlı neqativ hal olanda araşdırılır"

"Direktorla bağlı neqativ hal olanda araşdırılır"
2022-11-25 , 17:58

Elm və təhsil naziri Emin Əmrullayev səsyazısı yayılan direktorların bir məktəbdən digərinə yerdəyişmə edilməsi məsələsinə münasibət bildirib .

Yenilik.az xəbər verir ki, bu barədə elm və təhsil naziri media üçün keçirilən brifinqdə danışıb. 
“45 nömrəli məktəbin direktorunun 34 nömrəli məktəbə direktor təyin olunması istisna haldır. Məktəb direktoru təyin olunanda onun əvvəlki təcrübəsini nəzərə alıb məktəb tapırıq. Yeni dövrdə adətən bir illik təyin olunur, sonra bu daha bir il uzadılır. Sonra isə nəticələrə baxılır. Direktorla bağlı neqativ hal olanda araşdırılır. Bu mənim üçün də, cəmiyyət üçün də səhv qərar deyil, istisnadır. Bütün hallarda belə olacaq deyə bir şey yoxdur. Hesab edirəm cəmiyyət bu qərarı anlayışla qarşılayacaq. Həmin direktorla söhbət aparılıb və o bundan nəticə çıxaracaq”.
Qeyd edək ki, bir müddət əvvəl qalmaqallı səs yazısı ilə gündəmə gələn 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) direktoru Nəcibə Axundova tutduğu vəzifədən azad olunaraq 34 nömrəli tam orta məktəbin (523 şagird yerlik) direktoru vəzifəsinə yerdəyişmə edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.